Ali Məhkəmənin sədri: "Seçki hüququ ilə bağlı müraciət səsvermə gününə 30 gün qalmış təqdim olunmalıdır"

Ali Məhkəmənin sədri: "Seçki hüququ ilə bağlı müraciət səsvermə gününə 30 gün qalmış təqdim olunmalıdır"

"Seçki hüququ ilə bağlı müraciət səsvermə gününə 30 gün qalmış təqdim olunmalıdır". SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda "Seçki hüquqlarının məhkəmə müdafiəsi, mübahisələrin məhkəmə aidiyyatı. Bu sahədə məhkəmə təcrübəsi" mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iş üzrə məhkəmə qərarlarından həmin qərarın tam formada təqdim olunduğu 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər: "Seçkilərdə yalnız məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq edilən şəxslərin iştirak etmək hüququ yoxdur. Qanunla müəyyən edilən digər hallarda isə seçki hüququ məhdudlaşdırıla bilməz. Konstitusiyaya görə, hər kəsin məhkəməyə müraciət etmək hüququ var. Seçki hüquqlarının pozulduğunu iddia edən Azərbaycan vətəndaşları da onların bərpası məqsədilə məhkəmələrə müraciət edə bilərlər".

R.Rzayev seçkilərlə bağlı Ali Məhkəməyə daxil olan müraciətlərin statistikasını da tədbir iştirakçılarının diqqətinə çatdırıb: "2010-cu ildə Ali Məhkəmənin Mülki Kollegiyasında 168 işə baxılıb. Onlardan apelyasiya instiansiyası məhkəməsinin 160 iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilərək qəbul edilmiş məhkəmə qərarı qüvvədə saxlanılıb. 8 iş üzrə apelyasiya məhkəməsinin qətnaməsi qanunsuz olduğundan ləğv edilib. Onlardan 4 iş üzrə yeni qərar qəbul edilib, 4 iş üzrə apelyasiya instansiya məhkəməsinin qrarı ləğv edilərək işlərin yenidən baxılması üçün məhkəməyə göndərilib. 2010-cu ildə baxılmış işlərin 16-ı bələdiyyə seçkiləri ilə əlaqədar, 152-si Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar olub. 2011-ci ildə Ali Məhkəmədə seçki hüququ üzrə yalnız 1 işə baxılaraq aplelyasiya instansiya məhkəməsinin qərarını qüvvədə saxlayaraq kassasiya şikayəti təmin edilməyib. 2012-ci iləd baxılmış 1 iş üzrə məhkəmə qərarı qüvvədə saxlanılıb, digər 1 iş üzrə isə Apelyasiya Məhkəməsinin qərarı ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə