Elçin Mirzəbəyli: “Rüstəm İbrahimbəyov heç vaxt yalan danışmaqdan çəkinməyib” AÇIQLAMA
"Milli Şura adlı qurumun iflasa uğraması artıq göz önündədir. Quruma daxil olan insanların bir hissəsi bunu açıq-aşkar dərk edirlər". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli Gürcüstanın paytaxtı Tiflisdəki "Vere Palace" otelində Müsavat başqanı İsa Qəmbərlə Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun görüşünü və burada müzakirə olunan məsələləri şərh edərkən deyib.
Siyasi şərhçinin sözlərinə görə, Tiflisdə baş tutan görüş yerinin - "Vera Palace" otelinin erməni mənşəli Gürcüstan vətəndaşı Andrey Nersesyana məxsus olması heç də təsadüfi deyil: "Bu, Rüstəm İbrahimbəyovun ermənilərə olan sevgisindən irəli gəlir. Dörd ildən artıqdır ki, R.İbrahimbəyov müxtəlif müsahibələr verir. Təbii ki, bu, müsahibələrin hər birində o, ermənilərin ünvanına xoş sözlər səsləndirir. Hətta az qalsın, onları üstün bir millət kimi qələmə versin. Bu baxımdan hesab edirəm ki, burada təəccüblü heç nə yoxdur".
Müsavat Partiyasının başqanı İsa Qəmbərlə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin toplantıya gec qatılmasına gəlincə, deyə bilərəm ki, bu, onların yekdil fikrə gələ bilməmələri ilə bağlıdır: "Hesab edirəm ki, Rüstəm İbrahimbəyovun topantıda verdiyi yalan vədlərdən sonra Tiflisi tərk etməsi, çox ciddi problemlərin olduğundan xəbər verir. R. İbrahimbəyov heç vaxt yalan danışmaqdan çəkinməyib. Bu insana onun haqqında cinayət işinin olmadığı ilə bağlı məlumat verilsə də, yenə öz bildiyini edir və onun bu hərəkətləri gülüş doğurur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB