“Gürcüstanın Qərb və ABŞ ilə münasibətləri müsbət məcrada inkişaf edir” FOTOLAR
"Gürcüstanın Qərb və ABŞ ilə münasibətləri müsbət məcrada inkişaf edir". SİA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransı zamanı jurnalistlərə açıqlamasında Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze söyləyib.
Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzenin sözlərinə görə, bura bir çox ikitərəfli görüşlər və Gürcüstan-ABŞ birgə təlimləri daxildir: "Noyabrda Avropa İttifaqı (Aİ) ilə assosiativ sazişin paraflanması gözlənilir. Həmçinin Aİ ilə ticarət və vizasız rejim haqqında saziş məsələsi nəzərdən keçirilir".
Səfir qeyd edib ki, Gürcüstanın yeni Nazirlər Kabinetinin 9 aylıq fəaliyyəti ərzində hökumətin əsas məqsədi ölkənin ərazi bütövlüyünü sülh yoli ilə bərpa etməkdir: Yeni hökumətin digər əsas məqsədləri investisiyalar, Avropaya inteqrasiya, Rusiya ilə dialoq və qanunun aliliyidir. Hökumət bu məqsədlə dövlət orqanlarının strukturunda və fəaliyyətində bir sıra islahat və dəyişikliklər keçirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB