"Müxalifətin Tiflis müəmması və Rəsul Quliyevin vahid namizəd olmaq iddiası"
Artıq müxalifət düşərgəsində seçki günü yaxınlaşdıqca proqnozlaşdırılan bütün situasiyalar baş verir. Özünü müxalifətin vahid namizədi kimi qələmə verdirib indi də prezident olmaq iddiasında olduğu ölkəyə gəlməyi bacarmayan namizəd və yaxud ABŞ-da yaşayan Rəsul Quliyevin vahid namizəd eşqinə düşməsi hələ prosesin başlanğıcıdır. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.
A.Hüseynov qondarma Milli Şuranın vahid namizədi, səsini almaq iddiasında olduğu bir cəmiyyətin qarşısına çıxa bilməyən Rüstəm İbrahimbəyovla müxalifət yetkililərinin Tiflisdə keçirdiyi görüşün onların bu prosesdə sonuncu səhvlərinin olmadığını bildirib.
Qeyd edib ki, qondarma birliyin vahid namizədi ilə belə bir biabırçı görüşün keçirilməsi Azərbaycan cəmiyyəti tərəfindən sadəcə olaraq gülüş predmeti kimi qarşılanıb: "Bu proseslər onu göstərdi ki, R.İbrahimbəyov ümumiyyətlə, siyasi situasiyalara hazırlıqlı deyil. O, sadəcə olaraq müəyyən xarici qütblərin diqtəsi ilə belə bir iddiaya düşüb. Onun bir siyasətçi kimi yetginliyi isə göz önündədir. Belə olan halda, hansı zərurət onu bacarmadığı bir işə qoşulmağa vadar edib ki, nəticədə də ifrat biabırçılıq yaranıb"?
O ümumilikdə müxalifət düşərgəsində yaranmış anormal vəziyyətin nəticə etibarı ilə onların növbəti biabırçılığının anonsu kimi dəyərləndirib. Vurğulayıb ki, qondarma Milli Şuranın vahıd namizədi əgər seçicisi qarşısına çıxa bilməyəcəkdisə, o zaman bu şəxsin adı niyə ortaya atılırdı. Eyni zamanda onun bu cür hərəkətindən digər müxalifət sözçüləri də öz maraqları üçün yararlanmaq istəyinə düşəcəkləri qaçılmaz idi, deyən A.Hüseynov ABŞ-da yaşayan Rəsul Quliyevin də "əgər R.İbrahimbəyov gələ bilmirsə, mənim namizədliyimi milli şuradan irəli sürün" mesajını müxalifətə göndərməklə əslində yeni bir problemin əsasını qoyduğunu vurğuladı.
A.Hüseynov eyni zamanda 2005-ci ildə də qayıdış planını gündəmə gətirməklə müxalifətin fiaskosunda önəmli rol oynayan R.Quliyevin yenə də eyni iddiada bulunmasının qəribə mənzərə yaratdığına da diqqət çəkib. Qeyd edib ki, seçki prosesi ərəfəsində cəmiyəttimiz müxalifətin bu cür haldan-hala düşməsini dəfələrlə müşahidə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB