Bu dəqiqələrdə qondarma "Milli Şura" adlı qurumun üzvləri bir araya gəlməyə çalışır. Ancaq görünən odur ki, onlar arasında olan şəxsi maraqlar buna imkan verməyəcək. Görüşün başlanğıcından bu qurumun nə qədər çürük olduğu bir daha aydın olub.
Tiflis vaxtı ilə saat 18:00-da Milli Şura üzvləri Vere Palace adlı erməni obyektinin toplatı zalına yığışsa da yığıncağı başlamaq mümkün olmayıb. Buna səbəb Müsavat başqanı İsa Qəmbərin toplantı keçirilən zala gəlməməsi olub. 20 dəqiqə sonra yığıncağa qatılan İsa Qəmbər bildirib ki, ona toplantının 18.30-da keçiriləcəyi bildirilib və o, yığıncaq zalına deyilən vaxtdan 10 dəqiqə tez gəlib. Yığıncağa gecikən şəxslər sırasında Turan İA-nın direktoru Mehman Əliyev də var. Mehman Əliyev bu saata qədər də yığıncağa qatılmayıb.
İlk görüntülərdən belə nəticəyə gəlmək olar ki, "Milli Şura"nın "yekun" qərarı artıq verilib. Ehtimal etmək olar ki, Eldar Namazov prezident seçkilərinə "Milli Şura"nın "vahid" namizədi kimi qatılacaq. Bunu anlayan İsa Qəmbər və Mehman Əliyev "quruplaşması" özlərinə məxsus şəkildə toplantını "boykot" ediblər.
Qeyd edək ki, "Milli Şura"nın "vahid" namizədliyinə İsa Qəmbər və Mehman Əliyevin adları daha intensiv şəkildə hallanırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB