Hafiz Hacıyev: "Rüstəm İbrahimbəyov kimi “bomjlar” küçələrdə yaşayırlar"

Hafiz Hacıyev: "Rüstəm İbrahimbəyov kimi “bomjlar” küçələrdə yaşayırlar"

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin SƏS TV-yə müsahibəsi

- Hafiz müəllim bilirsiniz ki, "Milli Şura"-nın üzvləri bu gün Rüstəm İbrahimbəyovla görüşmək üçün Tiflisə yola düşürlər. Sizcə onların Tiflisdə toplanmasına nə ehtiyac vardır? Müxalifətçilərin Rüstəm İbrahimbəyovun arxasınca düşməsi barədə sizin fikriniz necədir?

- İlk növbədə onu demək istərdim ki, bu "Milli" sözü azərbaycan tarixində çox önəmli ifadələrdən biridir. Biz indi sözügedən "Milli Şura"-ya mili deməklə onları şişirtmiş olarıq. Bu əslində Milli Şura yox, satqınlar şurasıdır. Çünki oraya yığışanlar satqın əqidəyə malik insanlardır. Mənə onların kimliyi və keçmişi yaxşı bəllidir. Mən istərdim ki, Azərbaycan xalqı agah olsun ki, biz onlara niyə satqınlar şurası deyirik. Millət bizim yalan və ya doğru ifadə işlətdiyimizin nə dərəcədə dəqiq olduğunu bilməlidir. Mən, o şuranın tərkib hissəsinə daxil olan Qəmbər İsa haqqında məlumat vermək istərdim. O, Azərbaycanda şəxsiyyətsiz, satqın, sifəti olmayan min cür cildə düşən bir insandır. Biz onunla eyni hakimiyyətdə olmuşuq. O həmçinin mənim bağ qonşum da olub. Azərbaycanda onun keçmişini məndən başqa mükəmməl bilən ikinci adam yoxdur. Onun kimliyinin dərinliyinə getsəm, mənə saatlarla vaxt lazımdır ki, onun satqınlıqlarını, hansı dövlətə işləməsini, bunun müqabilində hansı dövlətdən nə qədər pul almasını, hakimiyyət daxilində olan bəzi qüvvələrlə hansı separat danışıqlara getməsini geniş şəkildə Azərbaycan xalqının nəzərinə çatdırım. İkinci növbədə, götürək Əli Kərimovu. Düzdür, bu gün Əli Kərimov saman altdan su yeridir. Ona görə ki, Bakı Şəhər Prokurorluğunda onun barəsində Elçibəyi zəhərlədiyi üçün cinayət işi açılıb. Cinayət tam sübuta yetirildiyindən, o, çıxılmaz vəziyyətdə qalıb. Hakimiyyət ona iki dəfə parlamentdə yer verdi, o hakimiyyətin pulu ilə özünə var dövlət yığdı. İndi də uşaqları Londonda oxuyur, ailəsi orada yaşayır. Özü isə burada ara qarışdırmaqla məşğuldur. Milli Şurada olan digər biri, Rüstəm İbrahimbəyov haqqında da danışa bilərəm. Onun adını çəkəndə belə bir sual yaranır: O kim olub ki? Birincisi, bu adam Sovet dövründə Amerikaya xəbər çatdıran agent olub. Şübhəsi olanlar getsinlər arxivi araşdırsınlar, Milli Təhlükəsizlik Nazirliyinin arxivinə baxsınlar, bunları aydın şəkildə görəcəklər. Bunu Sülhəddin Əkbərovun özü də çox gözəl bilir. O vaxt Sülhəddin Əkbərov milli təhlükəsizlik nazirinin 1-ci müavini olanda ona bu haqda kifayət qədər faktlar məlum idi. Bəs nəyə görə onlar Sülhəddin Əkbərovun yanında gözü kölgəli gəzirlər? Çünki o müavin olanda hər şeyi çox gözəl bilirdi. Rüstəm İbrahimbəyov agent olduğuna görə, ona Rusiyada, Amerikada ev veriblər. Milli Şurada olanlardan biri də Eldar Namazovdur. Eldar Namazov cəmiyyətdə hörməti olamayan adamdır. Onun qonşuları heç onu tanımır. Çox təəssüf ki, hakimiyyətdə olan bəzi insanlar da bizim dediklərimizə qulaq ardı yanaşırlar. Onlar yaxşı bilirlər ki, Azərbaycan xalqı onlara bir faiz də olsun səs verməz. Onların çoxunun haqqında cinayət işi açılıb. İsa Qəmbər bunları çox gözəl bildiyinə görə, fikirləşdi ki, Rüstəm İbrahimbəyov kimi bir ağılsızı, içki düşkününü gətirsinlər, aralıq dövrdə ondan istifadə etsinlər.

- Bildiyimiz kimi, 1998 ci ildə nə İsa Qəmbərov, nə də Əli Kərimli Elçibəyə güzəştə getmədi. Çox maraqlıdır, onlar nəyə görə Rüstəm İbrahimbəyova güzəştə getdilər? Ona niyə bu qədər arxayındılar?

- Mən bir şeyi nəzərinizə çatdırım ki, o vaxt Arif müəllimin Hökumət Evinin yanında mətbuat mərkəzi vardı. Həmin vaxt İsa Qəmbərdən başqa hamı Elçibəyə güzəşdə getdi. O, Əbülfəz Elçibəyə dedi ki, bəy, sənin artıq vaxtın keçib, indi mənim dövranımdır. Belə bir satqın adam öz liderinə güzəşdə getmədi, ancaq indi bir sərxoşa güzəşdə getdi. Onlar artıq hakimiyyətə gələ bilməyəcəklərini yaxşı bilirlər, sadəcə olaraq xaricdən onlara verilən pullar hesabına, yəni bütün konqresdə toplaşan ermənipərəstlərin maliyyə yardımı hesabına bu işi davam etdirirlər. Mən sizin nəzərinizə bir faktı çatdırmaq istəyirəm. Məsələn, keçən günlərdə Avropa Şurasında Azərbaycanın əleyhinə 34 deputat qərar vermişdi. Azərbaycanın əleyhinə qərar verən deputatlardan 17-si ermənidir. İndi düşünün ki, onlara kim dəstək verir? Rüstəm İbrahimbəyov kimi o qədər "bomojlar" var ki, küçələrdə yaşayırlar. Mənim də müxalifət olmağıma baxmayaraq, mən onlar kimi satqınlıq etmirəm. Mən onlar kimi hakimiyyətdən 7 milyon pul almamışam.

- 2003-cü ildə prezident seçkilərində də İsa Qəmbərin 5 milyon pul alması barədə məlumat yayılmışdı. Hətta bundan sonra İsa Qəmbərin müşavirləri, Elmlər akademiyasının üzvləri də Müsavat partiyasından istefa verdilər. Bu gün də belə söhbət var. Sizcə, 7 milyon məsələsi bu gün cəmiyyətdə səs-küy yaratdımı?

- Bunların hamısı real fakdır. Görürsünüzmü, bu gün Arif Hacıyev çox böyük canfəşanlıq edir. Mən istəyirəm ki, xalq bütün baş verənlərdən xəbərdar olsun. Xalq bilsin ki, onun müxalifəti kimdir. Bu müxalifət əsl müxalifət deyil. Onlar xaricdən pul alan milyarderlərdir. Arif Hacıyevin özünün bağ evi var, ona şəhərin mərkəzində yüksək rahatlıqla təmin olunmuş ev verilib. Sizə bir sual verim, əgər İsa Qəmbər belə vətəni sevirsə, onun oğlu niyə 2 ay əskərlikdə qala bilmədi?

Bütün xəbərlər Facebook səhifəmizdə