"Çox təəssüf ki, bəzən beynəlxalq aləmdən Azərbayacana bu və ya digər təzyiqlər olur". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Әli Həsənov deyib.
Onun sözlərinə görə, həmin təzyiqlər Azərbaycanın mövcud normaları çərçivəsində dəyərləndirilir: "Bu cür təzyiqlər Azərbaycan üçün qəbulolunmazdır. Biz yalnız ölkəmiz üçün faydalı olan və tövsiyə xarakteri daşıyan fikirləri nəzərə alırıq".
PA rəsmisi vurğulayıb ki, Azərbaycan dövləti özünün iradəsini Azərbaycan xalqının müəyyən etdiyi yolla həyata keçirir: "Ancaq bütövlükdə beynəlxalq təşkilatlarla ünsiyyətdə müəyyən təcrübə öyrənilir və Azərbaycanda tətbiq edilir. Onların ən əhəmiyyətlilərini, yəni Azərbaycan xalqının və dövlətinin inkişafına xidmət edənlərini nəzərə alaraq həyata keçiririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB