"Azərbaycan 7 ildə QHT-lərə 20 milyon manat məbləğində qrant ayırıb"

"Azərbaycan 7 ildə QHT-lərə 20 milyon manat məbləğində qrant ayırıb"

"Azərbaycan yeddi il müddətində QHT-lərə 20 milyon manat məbləğində qrant ayırıb". SİA-nın xəbərinə görə, bunu Prezidenti Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində dövlət siyasətinin, dövlət həyatının, dövlət idarəçilik rejiminin və daxili həyatının müəyyənləşməsində iştirak edən sturkturlardan biri də qeyri-hökumət təşkilatlarıdır. Azərbaycanın müstəqilliyi illərində yeni qeyri-hökumət təşkilatları formalaşıb. Bunlar Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondunda qeydiyyatdan keçən və keçməyən yalnız Ədliyyə Nazirliyində qeydiyyata alınaraq fəaliyyətə başlamış QHT-lərdir. Bu QHT-lər vətəndaş təşəbbüslərini əks etdirir. Bunların fəaliyyəti qazanc əldə etmək, gəlir gətirmək məqsədi daşımır".

Ə.Həsənov vurğulayıb ki, bunlar öz vəsaitlərini ayrı-ayrı ianələrdən və yaxud aldıqları qrantlardan əldə edirlər: "Azərbaycan dövləti qeyri-hökumət təşkilatlarının inkişafında maraqlı olduğundan, 6-7 ildir ki, onların maliyyələşdirilməsi üçün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondu yaradılıb. Fond Prezident yanında olmasına baxmayaraq, tam müstəqil fəaliyyət göstərir. Hazırda Azərbaycanda 3500-ə qədər QHT-lər fəaliyyət göstərir ki, bunlar Azərbaycan cəmiyyətinin həyatında bütün sahələrdə əhatə olunublar".

Bütün xəbərlər Facebook səhifəmizdə