Əli Həsənov: "Müxalifət partiyaları ilə təmaslar qaçılmazdır"

Əli Həsənov: "Müxalifət partiyaları ilə təmaslar qaçılmazdır"

"İndi biz faktiki olaraq seçkilərin elə mərhələsinə daxil oluruq ki, istər-istəməz müxalifət partiyaları ilə də təmaslar qaçılmazdır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Onun sözlərinə görə, bu təmaslara da ehtiyac var: "Hazırda bu sahədə ATӘT ilə danışıqlar aparılır. Hər zaman olduğu kimi, bu il də seçki öncəsi ATӘT-in müxtəlif partiya funksionerlərini bir araya toplayaraq seminarlar keçirməsi və seçkinin keçirilməsi ilə bağlı narahatlıq doğuran məsələlər olanda, onların şəffaf müzakirə olunub qərar qəbul olunması təcrübəsi mövcuddur. Düşünürəm ki, bu il də belə təcrübə olacaq. Yəqin ki, biz seçki ərəfəsi seçkilərdə iştirak etmək iradəsini ortaya qoymuş bütün siyasi partiya rəhbərləri və funksionerləri ilə görüşlər keçirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə