Əli Həsənov: "Dövlətin idarəçilik sistemlərinə bilavasitə müdaxilələr ayrı-ayrı qüvvələrin maraqlarına xidmət edir"
"Xarici aləmdə dövlət idarəçilik sistemlərini, rejimlərini, onların fəaliyyətini dəyərləndirmək üçün istifadə edilən metodika, məqsədlər, məramlar və bilavasitə müdaxilələr ayrı-ayrı qüvvələrin maraqlarına xidmət edir". SİA-nın xəbərinə görə, bunu dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların ikinci günündə "Seçki (referendum) prossesində aşkarlıq institutları və KİV-lərin rolu" mövzusunda məruzəsi zamanı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov deyib.
Onun sözlərinə görə, bəzi beynəlxalq qeyri-hökumət təşkilatları ölkələrin xarakteristikasını müəyyən edərkən qeyri-obyektivliyə yol verir: "Dünyada dövlətlərin siyasi sistemlərini və onların xarakteristikasını müəyyən edən qeyri-hökumət təşkilatları mövcuddur ki, onlar dövlətlərin demokratik və ya qeyri-demokratik, qapalı və ya açıq və digər bu kimi xüsusiyyətləri müəyyən edir. Onların çıxardığı qərarlar bəzən obyektiv və ya qeyri-obyektiv olur. Bəzən belə beynəlxalq QHT-lər dövlətlərin tarixi mentalitetlərini nəzərə almır. Hər dövlətin idarəçilik sistemi bir tərəfdən xalqın istək və arzularına söykənirsə, digər tərəfdən həmin dövlətin mentalitetindən, millətin təhsil səviyyəsindən asılıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB