"Azərbaycan qanunvericiliyinə görə, ikili vətəndaşlığı olan, ardıcıl olaraq 10 il Azərbaycanda yaşamayan bir şəxsin prezident seçkilərində namizəd olaraq iştirak etməsi qeyri-mümkündür. Milli Şurada olanlar, Rüstəm İbrahimbəyova "dəstək" verənlər də bunu çox gözəl bilirdilər. Sadəcə olaraq seçki öncəsi şou göstərib divident qazanmaq, qoca kinodramaturqun bu günə qədər sahib olduqlarından bəhrələnmək milli şurada cəmləşən radikal müxalifətin növbəti hiyləsidir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov deyib.
Amil Cavadovun sözlərinə görə, oktyabrda keçiriləcək prezident seçkiləri müxalifətin sonuncu şansıdır: "Məhz buna görə, müxalifət nümayəndələri maksimum dərəcədə çalışır ki, torlarına düşən Rüstəm İbrahimbəyovdan istifadə etsin: "Təbii ki, onlar bunu da çox gözəl bacarırlar. Rüstəm İbrahimbəyov da müsahibələrinin birində açıq şəkildə etiraf edib ki, maliyyə məsələlərində "əli cibində olan" yalnız onun özüdür. Bilirsiniz, onsuzda xalq tərəfindən qəbul edilməyən, əhəmiyyətsiz çıxışları və atdıqları addımları ilə xalqın milli marağına qarşı olan bir qrup müxalifətçinin hansı addım atmaları cəmiyyət üçün maraqlı deyil".
Milli Şura üzvlərinin Rüstəm İbrahimbəyovun hesabına Gürcüstana səfər etmələrinə toxunan YAP Ağdam rayon təşkilatı GB-nin sədri bildirib ki, bu səfər Milli Şurada yer alan Rəsul Quliyevin də qeyd etdiyi kimi əhəmiyyətsiz bir səfərdir: "Guya ki, bunlar Tbilisidə toplaşmaqla İbrahimbəyovun ikili vətəndaşlıqdan çıxmasına hansı köməkliyi edə biləcəklər? Heç bir şey! Çünki o məsələ birbaşa Rusiya qanunvericiliyi çərçivəsində dövlət başçısının səlahiyyətində olan məsələdir və onun da həll olunması müəyyən bir zaman tələb edir. Bu zaman isə Milli Şuranın xeyrinə işləmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB