Niyaməddin Orduxanlı: “Günah 75 yaşlı Rüstəm İbrahimbəyovda deyil”

Niyaməddin Orduxanlı: “Günah 75 yaşlı Rüstəm İbrahimbəyovda deyil”

"Bu gün Milli Şurada baş verənlər birbaşa gözlənilən idi". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

N.Orduxanlının sözlərinə görə, Rüstəm İbrahimbəyovun Bakıya gəlməyəcəyi əvvəlcədən də məlum idi: "Bu adam Bakıya gəlməyə qorxur. Onun özü yaxşı bilir ki, ona qarşı açılan cinayət işində kifayət qədər faktlar mövcuddur. Ona görə də hüquq- mühafizə orqanları onu həbs edə bilər. Bu səbəbdən Bakıya gəlmir".

75 yaşlı Rüstəm İbrahimbəyov siyasətçilərlə aktyorları səhv salıb

Rüstəm İbrahimbəyov siyasət adamı deyil və veridiyi bəyanatın da məsuliyyətini dərk etmir. İndiyə qədər 5-6 dəfə bu cür bəyanatalar verib və hər dəfə də müxtəlif bəhanələrlə Bakıya gəlməkdən imtina edib. Məncə günah 75 yaşlı Rüstəm İbrahimbəyovda deyil. Bu adam yaşlı adamdır və ola bilər ki, nə danışdığının məsuliyyətini anlamır. Günah 20 ilin partiya sədrlərindədir ki, qoca bir adamı qabağa verib onun kölkəsində gizlənirlər. R.İbrahimbəyov həyatda bir gün də olsun siyasətlə məşğul olmayıb. Bir gün də olsun ölkənin siyasi rəbərliyində təmsil olunmayıb. Ömür boyu kino çəkib və ssenari yazıb. Aktyorlara rol verib. Bu adam siyasətçilərlə aktiyorları səhv salıb", - deyə N.Orduxanlı sözlərinə əlavə edib.

Tezliklə "Milli Şuranın" dağılması bəyan olunacaq

BAXCP sədrinin müavini hesab edir ki, "Milli Şura" tam dağılıb: "Gözlənildiyi kimi bu qurum radikal müxalifətin yaratdığı digər qurumlar kimi fiaskoya uğradı. Yarandığı ilk gündən quruma üzv olanlar bir-biri ilə amansız mübarizəyə başladılar. "Yurdçu"lar müsavatçılara qarşı acıq təhirə keçdi, İsa Qəmbər Əli Kərimliyə bəyanat verdi ki, yığışdır bu əxlaqsızlığı, Əli Kərimlinin tərəfdarları Arıf Hacılını təhqir etdi, Sonradan müsavatçılara qarşı bu cür kampaniyaya Əli Kərimli Rəsul Quliyevi də cəlb etdi. Bir sözlə yarandığı gündən "Milli Şura" üzvləri bir –birinə nifrət püskürdülər. İndiki vəziyyətdə bu adamlar birgə fəaliyyət göstərə bilməyəcklər. Əli Kərimli heç vaxt İsa Qəmbərin önə keçməsinə razı ola bilməz. Ona görə də tezliklə "Milli Şuranın" dağılmasını bəyan edəcəklər".

İsa Qəmbər seçkidə heç kimə güzəşt etməyəcək

Rüstəm İbrahimbəyoun Eldar Namazovu "Milli Şura"nın vahid namizədi elan edəcəyi ilə bağlı yayılan xəbərlər münasibət bildirən BAXCP sədrinin müavini deyib ki, onların heç biri E.Namazova güzəştə getməyəcəklər: "Eldar Namazov heç vaxt güclü siyasətçi olmayıb. Bu adam o qədər zəif siyasətçidir ki, son 15 ildə özünə pariya yarada bilməyib. İsa Qəmbər Eldar Namazova heç vaxt güzəşt etməz. Ümumiyyətlə İsa Qəmbər bu seçkidə heç kimə güzəştə getməyəcək. Özü bu seçkidə iştirak edəcək".

Seçkidə iştirak İsa Qəmbərin son şansıdır və seçkidən dərhal sonra uzun illər gecikən partiyanın qurultayı keçiriləcək, Arif Hacılının başqanlıq iddiası reallaşacaq

"İ.Qəmbər yaxşı bilir ki, bu, onun son şansıdır. Partiya daxilində də ona son şans veriblər. Seçkidən dərhal sonra uzun illər geçikən partiyanın qurultayı keçiriləcək. Arif Hacılının növbəti başqanlıq iddiası reallaşacaq. İsa Qəmbər başqanlığı Arif Hacılıya verməlidir. Əli Kərimliyə gəldikdə isə, bu adam İsa Qəmbərin vahid namizəd olmaması üçün Yaşar Türkazərə də razılıq verər, ancaq İsa Qəmbər yox. Bu baxımdan İsa Qəmbərdən başqa istənilən namizədə razılıq verəcək. Çünki Əli Kərimli İsa Qəmbərə patoloji nifrət edir". - deyə BAXCP sədrinin müavini sözlərinə əlavə edib.

Bu qüvvələr hakmiyyətə gəlsələr hansı birliklə bu xalqa rəhbərlik edə bilərlər?

N.Orduxanlının sözlərinə görə, radikal müxalifət 2013-cü il prezident seçkilərində yenə də məğlubiyyətlə çıxacaq: "Cəmiyyət bu gün bütün prosesləri yaxından izləyir. Seçkiyə başlamağa 1 ay qalmış bir-birinə patoloji nifrətlərini gizlədə bilməyən siyasi qüvvəyə xalq neçə səs verəcək? Bu qüvvələr hakmiyyətə gəlsələr hansı birliklə bu xalqa rəhbərlik edə bilərlər? Ona görə də radikal müxalifət ənənəvi olaraq bu seçkidən də böyük itiki ilə çıxacaq və məğlub olacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə