Sərraf Balaxan: “Müxalifət olmayan nüfuzunu, “Rüstəm bəyi” gözləməklə daha da itirdi” AÇIQLAMA
"Rüstəm İbrahimbəyov öz vədləri ilə ona sonsuz ümidlər bəsləyən hakimiyyət istəkli müxalifətimizi aldatmaqda davam edir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxan deyib.
YAP GB Ofisi rəhbərinin sözlərinə görə, Rüstəm İbrahimbəyova inanan sadəlövhlər artıq mətləbdən hali olublar: "Ötən həftə görünməzdən-bilinməzdən ortaya çıxan və nə etdiyinin fərqində olmayan Rüstəm İbrahimbəyov haqqında bildirmişdim ki, o, müxalifətin başına gələn sonuncu bəladır. Beləcə, biz buna şahidlik etdik. Bir müddət öncə isə İsa Qəmbər "daha Rüstəm İbrahimbəyov deməsin ki, mitinqə 100 min adam yığın gəlim"- deyə bir ifadə işlətmişdi. Baxın, indi bu sözün arxasında dayanan iş üzə çıxdı. Belə ki, Milli Şuranın sözçüsü qismində çıxış edən Eldar Namazov, Rüstəm İbrahimbəyovun bu dəfəki "gəlməməyini" də belə əlaqələndirib ki, onun sənəd məsələləri hazır deyil. Bir tərəfdən də böyük narahatlıq keçirən bu insanlar Gürcüstanda toplanıb müzakirələr aparmaq, alternativ müəyyənləşdirmək istəyirlər. Bu alternativ məsələsi isə artıq Milli Şuranın sonudur. Çünki, qurubəylərin sayı həddindən artıq çoxdur. Səbrsizliklə Rüstəm İbrahimbəyovu gözləyənlər bu gün öz puç olan xəyallarını qələmə aldılar. Susanlar da oldu. Təbii ki, onlar bu işi öncədən görənlər idi. İndi İsa Qəmbər Gürcüstana qəbula gedir, Milli Şura üzvü Mehriban Vəzir isə deyir ki, "İbrahimbəyov kimi insanlar ermənilərlə işbirliyinə gedir". Müxalifət onsuz da olmayan nüfuzunu, "Rüstəm bəyi" gözləməklə daha da itirdi. Başqanları belə çaş-baş qalan müxalifətin indi görün sadə üzvləri, azsaylı tərəfdarları nə haldadır?!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB