"Somali tarix boyu vətəndaş müharibəsi ilə boğuşan dövlət olub. Burada 300 qəbilə bir-birinin düşməni olub, insanlıq ən çətin günlərini yaşayıb". SİA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Somalinin paytaxtı Moqadişoda Türkiyə dövlətinin diplomatik nümayəndəliyinə qarşı təşkil edilən terror aktına münasibət bildirərkən deyib.
YAP GB sədrinin sözlərinə görə, Somaliyə nə qərb, nə digər güclər yardım etməyib: "Çünki, onlara güclü müsəlman dövlətləri lazım deyil. Ömür boyu aclıq içində cəhalətdə yaşayan insanlara, qərblilər guya, "okeandan çıxan balıqlar haramdır", -deyib balıq yedirtməyiblər. Amma özləri öz ölkələrinə həmin balıqları ixrac edib, milyonlar qazanıblar. Türkiyə mənfəət gözləmədən onlara maddi, mənəvi, tibbi, siyasi dəstək olub. Eləcə də həmin dövlətə Azərbaycan tərəfindən milyonlarla yardım edilib. Təbii ki, bura gənc tələbələrin köməyi də daxildir. Ən maraqlısı isə odur ki, bəs o güclərin özləri və gəncləri nə ediblər?! Eşq olsun bizim gənclərimizə! Bütün bu hadisələri pisləyirəm. Azərbaycan dövləti bu işlərdən qorxacaq qədər aciz deyil və bundan sonra da həmin ölkəyə yardımlar edəcək. Bu yardımların qarşısını almaq istəyənlərin arzuları isə puç olacaq".
Qeyd edək ki, Somalinin paytaxtı Moqadişoda partlayıcı maddə ilə dolu avtomobil Türkiyə səfirliyinin əməkdaşları yaşayan binanın qapılarını yarıb, nəticədə iki nəfər həlak olub.
Hələlik, heç kim terror aktı üçün məsuliyyəti öz üzərinə götürməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB