Fərhad Abdullayev: “MSK ümumdünya seçki proseslərindən geri qalmır”

Fərhad Abdullayev: “MSK ümumdünya seçki proseslərindən geri qalmır”

"Vətəndaşlar bilməlidirlər ki, onların şikayətlərinə məhkəmə tərəfindən dərhal baxıla bilir. Bu da insan hüquq və azadlıqlarının təmin olunması baxımından mühüm amildir". SİA-nın məlumatına görə, bunu bu gün dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda "Seçki hüququnun konstitusion əsasları və onun həyata keçirilməsinin qanunvericilik mexanizmləri" mövzusunda çıxışı zamanı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev söyləyib.

Sədrin sözlərinə görə, seçkilərlə bağlı məhkəmə instansiyalarına müraciətlərin sayı az olmalıdır: "Seçkilərin gözəl keçirilməsi dünya birliyinə ölkəni yaxşı mənada nümayiş etdirilməsi baxımından da əla imkandır. Məhkəməyə edilən müraciətlərin sayının az olması isə seçki komissiyaları tərəfindən prosesin daha düzgün təşkil edilməsindən asılıdır".

Fərhad Abdullayev onu da sözlərinə əlavə edib ki, MSK beynəlxalq qurumlarla daha sıx əməkdaşlıq edir və ümumdünya seçki proseslərindən geri qalmır.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə