Məzahir Pənahov: “Partiyalara seçkilərdə iştirak etmək üçün şərait yaradılıb”
"Oktybarda keçiriləcək seçkilərin yüksək səviyyədə keçirilməsi üçün Dairə Seçki Komissiyaları (DSX) və məntəqə seçki komissiyaları yüksək peşəkarlığa malik olmalıdır. Bizim birbaşa vəzifəmiz seçkilərdə iştirak edən subyektlərin Seçki Məcəlləsinə uyğun addımlar atmasına nail olmaq, seçkilərin nəticələrini operativ və vaxtında çatdırmaqdır". SİA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) bu ilin oktyabrında keçiriləcək prezident seçkiləri ilə bağlı dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimində çıxışı zamanı MSK sədri Məzahir Pənahov bildirib.
MSK sədrinin sözlərinə görə, seçkilərin azad və demokratik əsaslarda, plüralizm şəraitində keçirilməsi üçün ölkədə hər cür şərait mövcuddur: "Partiyalara seçkilərdə iştirak etmək üçün şərait yaradılıb. Mətbuat, xüsusən internet üzərində də heç bir nəzarət yoxdur. Vətəndaşların seçki hüquqlarının bərpa olmasının təminatçısı prezidentdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB