PA rəsmisi: “Azərbaycanda hər bir namizəd üçün eyni şərait yaradılır”

PA rəsmisi: “Azərbaycanda hər bir namizəd üçün eyni şərait yaradılır”

"Azərbaycanda seçki mədəniyyəti hökm sürür. Qarşıdan gələn prezident seçkiləri ərəfəsində bu cür seminarların keçirilməsi də seçkilərin yüksək səviyyədə təşkilinə hesablanıb". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında (MSK) bu ilin oktyabrında keçiriləcək prezident seçkiləri ilə bağlı dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimində çıxışı zamanı deyib.

PA rəsmisinin sözlərinə görə, bu cür seminarların böyük əhəmiyyəti var: "Əvvəlki illərdən bu günədək Azərbaycanda keçirilən seçkilər ildən-ilə təkmilləşdirilib. Bu proses builki prezident seçkilərində də davam etdiriləcək. Seçkilərin keçirilməsində ölkə vətəndaşlarının hüquqlarını realizə etmək üçün müvafiq addımlar atılmalıdır. Azərbaycanda seçkilərin yüksək səviyyədə keçirilməsi üçün ölkə başçısı tərəfindən müvafiq tapşırıqlar verilib. Ümumiyyətlə, Azərbaycanda hər bir namizəd üçün eyni şərait yaradılır".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə