İnsanların sularda təhlükəsiz istirahətini təmin edən Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti vətəndaşları çimərliklərdə davranış qaydalarına riayət etməyə çağırır.
FHN-dan SİA-ya verilən məlumata görə, qaydalara əsasən, çimərlikdə uşaqları nəzarətsiz qoymaq olmaz. On üç yaşdan aşağı uşaqlara çimərlikdən yalnız valideynlərin və böyüklərin müşayiəti ilə istifadə hüququ verilir. Nəzarətsiz ərazilərdə çimmək, suda üzən nəqliyyat vasitələrinə yaxınlaşmaq, çimmə zonasının işarələnmiş sərhədlərini keçmək, çimərlik ərazisini və suyun dibini zibilləmək, çimmə zonasında balıq ovlamaq, qayıqların, skuterlərin sərxoş şəxslərə verilməsi qadağandır. Sərxoş halda çimərliyə getmək və çimmək, qadağan edilmiş ərazilərə üzgü vasitələri ilə daxil olmaq təhlükəlidir.
Hər bir vətəndaş insanların sularda təhlükəsizliyini qoruyan xidmət əməkdaşlarının çağırışlarına və tələblərinə ciddi şəkildə riayət etməlidir. Yalnız xilasetmə məntəqəsinin, xilasetmə texnika və avadanlığın, habelə xilasedicilərin olduğu yerlərdə çimmək lazımdır.
Xəbərdaredici nişanların və lövhələrin tələblərinə riayət etmək də vacibdir. Belə lövhələri sındırmaq və ya ondan şəxsi məqsədlər üçün istifadə etmək qəti qadağandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB