Mövqelərimiz atəşə tutulub

Atəşkəs yenidən pozulub. Erməni silahlı bölmələri dünən və ötən gecə Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Ağdam rayonunun Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Azərbaycan Müdafiə Nazirliyindən SİA-ya verilən xəbərə görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə