Teymur Abdullayev: “Əsgərin ayaq barmaqlarından biri zədə alıb” AÇIQLAMA
Bu gün Müdafiə Nazirliyinin Bakı ətrafındakı hərbi hissələrindən birində Azərbaycan Ordusunun əsgəri yaralanıb. SİA-nın məlumatına görə, hissənin əsgəri, 19 yaşlı Elməddin Hüseynov postda olarkən tabeliyindəki avtomat silahdan ona yaxınlaşan ilana bir neçə dəfə atəş açıb. Nəticədə güllələrdən biri onun öz ayağına dəyib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin SİA-ya verdiyi məlumata görə, hadisə Bakı ətrafındakı N saylı hərbi hissələrindən birində baş verib: "Sadəcə olaraq 19 yaşlı əsgər Elməddin Hüseynovun ayaq barmaqlarından biri zədə alıb. Özünün vəziyyəti isə çox yaxşıdır".
Qeyd edək ki, əsgər Elməddin Hüseynov Samux rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB