Elman Abdullayev: “Biz dəfələrlə öz kəskin mövqeyimizi həmsədrlərə çatdırmışıq” AÇIQLAMA
"Ermənilər Xankəndi aeroportunda uçuşlar həyata keçirməyi planlaşdırırlar". SİA-nın erməni mətbuatına istinadən məlumatına görə, bu barədə Dağlıq Qarabağ separatçı rejiminin baş naziri Ara Arutunyan deyib.
A.Arutunyan bildirib ki, hava limanının açılışı hələ ötən ildən planlaşdırılıb: "Lakin bir sıra problemlər planımızı həyata keçirməyə imkan verməyib. Bizim birtərəfli uçuşlar həyata keçirmək imkanımız var. Aeroportun istifadəyə verilməsi ən son mərhələdədir".
Azərbaycan xarici işlər nazirinin sözçüsü Elman Abdullayev isə məsələyə münasibət bildirərək deyib ki, nazirlik dəfələrlə öz kəskin mövqeyini ATƏT-in Minsk qrupunun həmsədrlərinə çatdırıb: "Həmsədrlər isə öz növbəsində bu məsələni rəsmi İrəvanın qarşısında qaldırıb. Bu sadəcə olaraq, işğalçı ölkə tərəfindən ortaya atılan təxribat xarakterli addımlardır. Həmin bu addımlar, birmənalı olaraq sülh prosesinə zərbə vurmağa hesablanıb və təhlükəlidir. Hesab edirəm ki, bu addım qanunsuzdur və beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. ATƏT-in Minsk qrupunun həmsədrləri də dəfələrlə rəsmi İrəvanı bu kimi təxribat xarakterli addımlardan çəkinməyə çağırıblar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB