Əli Orucov: “Başqa dövlətlərdə öhdəliyi olan şəxslər vahid namizəd ola bilməzlər” AÇIQLAMA

“Hesab edirəm ki, Milli Şura daxilində yaşanan kin, küdurət artıq onlar üçün adi hala çevrilib”
Əli Orucov: “Başqa dövlətlərdə öhdəliyi olan şəxslər vahid namizəd ola bilməzlər” AÇIQLAMA

"Azərbaycan Respublikasının Konstitusiyasında da göstərilir ki, ikili vətəndaşlığı və başqa dövlətlərdə öhdəliyi olan şəxslər heç bir zaman vahid namizəd ola bilməzlər". Bunu SİA-ya Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıqdan imtina edərək Azərbaycan vətəndaşı olmaq istəyinə münasibət bildirərkən deyib.

Ə.Orucovun sözlərinə görə, Rüstəm İbrahimbəyov Azərbaycan vətəndaşlığını qəbul etmir. Onun sadəcə olaraq ikili vətəndaşlığı var: "Bu baxımdan o, Rusiya vətəndaşlığından imtina ilə bağlı hökumətə müraciət edib. Hər bir halda bu, Rusiya prezidenti Vladimir Putinin səlahiyyətinə aid olan məsələdir".

Milli Şura daxilində baş verən qarşıdurmalara gəlincə, AMİP Mərkəzi Şurasının üzvü sözlərinə əlavə edib ki, bu, çox xoşagəlməz haldır: "Təbii ki, bu, gözlənilən idi. Çünki, müxalifət partiyalarında birlik yoxdur və buna görə də onlar birləşə bilmirlər. Bu insanlar dar macalda belə öz daxili xislətlərini büruzə verirlər ki, bu da gərginlik yaradır. Hesab edirəm ki, Milli Şura daxilində yaşanan kin, küdurət artıq onlar üçün adi hala çevrilib".

Bütün xəbərlər Facebook səhifəmizdə