Elşən Musayev:“İbrahimbəyov Rəsul Quliyevdən də betər günə qalacaq”

Elşən Musayev:“İbrahimbəyov Rəsul Quliyevdən də betər günə qalacaq”

"Bu hakimiyyətin işi-gücü qurtarmayıb ki, İbrahimbəyov əndişəsi çəksin. O uğursuz siyasətçi kimsənin türklər demiş"umurunda"belə deyil. İstəyir piyada gəlsin, istəyir Tiflis-Bakı"reysi ilə, heç fərq etməz. Onsuzda nə fokus çıxarsalar yenə diqqət cəlb edə bilməyəcəklər" SİA xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev Rüstəm İbrahimbəyovun ölkəyə dönüşü ilə bağlı verilən anonsa münasibət bildirərkən söyləyib.

Politoloq daha sonra bunları deyib: "Unutmayın ki, ortada Rəsul Quliyev təcrübəsi var. Müsavatın "həşərat" adlandırdığı bu adam da 2005-ci ildə təxminən eyni ssenari ilə şou düzənləməyə çalışmışdı. Amma cəsarəti Ukraynaya qədər yetdi. Aparılan o qədər təbliğatdan sonra məlum oldu ki, ölkə vətəndaşları heç də müxalifətin iddia etdiyi kimi ayaq üstə deyil. Yəni kimsə eks-spikeri gözləmir. Həmin an isə artıq prosesi geri çevirmək mümkün deyildi. Quliyev İsa Qəmbər və Əli Kərimlinin çox "məharətlə" hörmüş olduğu tora düşmüşdü. Və deyim ki, Rəsul Quliyev elə o vaxtdan bu yana siyasətdə ruh kimi dolaşır, düşmüş olduğu siyasi burulğandan çıxa bilmir. Ona görə bu qədər aqressivdir. Siyasi psixoz halındadır. Yetənə yetir, yetmədiyinə daş atır.

İnanın ki, İbrahimbəyov ondan da betər günə qalacaq. Hətta qalıb belə! Və ya dediyim kimi olmasaydı, hələ heç bir qanuni seçki prosedurunu keçməyən bu cəsarətsiz və uğursuz siyasət nümunəsi eyforiyaya qaplıb, bəri başdan imicmeyker-filan mülahizəsi yürütməzdi, absurd açıqlamalarla çıxış etməzdi, ölkəyə qayıtmadan öncə "siyasi yengə"ləri vasitəsilə şəninə təriflər yağdırmazdı…

Və nəhayət…Eldar Namazov iddia edir ki, İbrahimbəyova qarşı hansısa təxribat olsa, hava limanına xalq axınının qarşısını almaq mümkün olmayacaq. Əcəb məntiqdir! Ya da, söhbət görəsən hansı təxribatdan, hansı axından gedir? Mitinqlərinizdə müşahidə olunan axındanmı? Yoxsa bir vaxtlar Rəsul, bu günsə Rüstəm üçün beyinlərinizdə, xəyallarında qurub yaratdığınız hallusinasion axındanmı?

Bu adamlar 5 gün sonra növbəti rüsvayçılığa və rəzilliyə imza atandan sonra nə deyəcəklər görəsən? Şəxsən mənə çox maraqlıdır. Əsas da Amerikada oturan həşəratın mövqeyi…".

Bütün xəbərlər Facebook səhifəmizdə