Rüstəm İbrahimbəyov həm özünü, həm də “Milli Şura” üzvlərini aldadır AÇIQLAMA

Rüstəm İbrahimbəyov həm özünü, həm də “Milli Şura” üzvlərini aldadır AÇIQLAMA

"Rüstəm İbrahimbəyovun hər hansı bir ölkəyə səfəri heç nəyi dəyişmir. Almaniya və digər Avropa ölkələrinə səfər etməsi nə dəyişəcək ki?" Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

N.Orduxanlı vurğulayıb ki, Rüstəm İbrahimbəyov öz yalanları ilə həm özünü, həm də "Milli Şura" üzvlərini aldadır: "Bu adam iki aydır ki, xaricə səfərlər edəcəyi ilə bağlı mətbuatda açıqlamalar verir. Lakin bu yaxınlarda "Milli Şura"nın üzvü Mirmahmud Mirəlioğlu mətbuata açıqlamasında bildirib ki, son iki ayda R. İbrahimbəyov heç bir ölkəyə səfər etməyib. Deməli, bu adam birbaşa "Milli Şura" üzvlərinə yalan danışıb".

"Seçkiyə çox az bir müddət qalıb. Amma bu adam hələ də Bakıya gəlməyib və demək olar ki, Bakıya gəlməkdən qorxur. Düşünürəm ki, radikal müxalifətin bugünkü birliyi tez bir zamanda dağılacaq. Xarici səfərlərin də heç bir əhəmiyyəti olmayacaq. Xarici qüvvələrin bu quruma münasibətinə gəlincə isə, hər şey göz qabağındadır. Onlara ciddi bir dəstək yoxdur. Azərbaycan prezidentini hər zaman xalq seçir. Bu seçkidə də xalq öz seçimini edəcək", - deyə BAXCP-nin sədr müavini sözlərinə əlavə edib.

"Milli Şura"nın da "İctimai Palata"nın aqibətini yaşayacağını deyən N.Orduxanlı vurğulayıb ki, artıq bu qüvvələr arasında olan münasibətlər təhqir müstəvisinə keçib: "Rəsul Quliyev müsavatçıları, müsavatçılar da Rəsul Quliyevi təhqir edir. İsa Qəmbər isə Əli Kərimliyə "yığışdır, bu əxlaqsızlığı" şəklində açıq formada mesaj verir. Belə bir vəziyyətdə bu adamların hansı uğurundan söhbət gedə bilər? Bu qüvvələr arasında dağınıq münasibətlərin 20 illik kökü var. Ona görə də bunlar heç vaxt uğur qazana bilməyəcək, tezliklə dağılacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə