Bu gün Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) Azərbaycan milli mətbuatının yaranmasının 138-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri açıq élan edən DİDK sədrinin birinci müavini Valeh Hacıyev əvvəlcə jurnalisltəri salamlayaraq, onları bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edib.
Cəmiyyətin inkişafında və dövlətçiliyin formalaşmasında mətbuatın rolunu xüsusi vurğulayan DİDK sədrinin birinci müavini Valeh Hacıyev çalışdığı komitənin hər il bu əlamətdar günü qeyd etdiyini bildirib.
Hər bir ölkənin həyatında informasiyanın ötürülməsində jurnalistlərin rolunun böyük olduğunu bildirən V.Hacıyev ölkəmizdə jurnalistika sahəsinin sürətlə inkişaf etdiyini qeyd edib: "Bizim DİDK jurnalistlərlə mütəmadi olaraq qarşılıqlı əməkdaşlıq edir. Bütün fəaliyyətimizin işıqlandırılmasında, informasiyaların doğru, düzgün və obyektiv verilməsində ölkə mediasının fəaliyyətini təqdirəlayiq hal kimi dəyərləndiririk".
O bildirib ki, informasiya məkanında çalışanlar cəmiyyətin həyata və problemlərə baxışının formalaşmasında fəal iştirak edirlər.
DİDK sədrinin birinci müavini müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında Ulu öndər Heydər Əliyevin gərgin əməyindən və qayğısından söz açıb.
Sonda isə bir qrup jurnalistə mükafat təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB