Praqada İqtisadi və Ətraf Mühit Forumunun yekun görüşü olacaq

Praqada İqtisadi və Ətraf Mühit Forumunun yekun görüşü olacaq

Praqada sentyabrın 11-dən 13-dək ATƏT-in 21-ci İqtisadi və Ətraf Mühit Forumunun yekun görüşü olacaq. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, tədbirin əsas məqsədi ATƏT çərçivəsində siyasi dialoqun artırılması, təhlükəsizliyi ilə bağlı olan iqtisadi və ətraf mühit məsələlərə siyasi təkan verməkdir. Görüş "Stabillik və təhlükəsizliyin artırılması: ATƏT regionunda enerji fəaliyyətinin ekoloji amillərinin təkmilləşdirilməsi" mövzusunda keçiriləcək.

Görüşdə 57 ölkənin vətəndaş cəmiyyəti, biznes aləmini təmsil edən 350 nümayəndə iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə