Seymur Orucov: “Azərbaycanda siyasi plüralizm və mətbuat azadlığı yüksək həddədir”
"Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev hər zaman olduğu kimi növbəti dəfə də humanist bir addım atıb. Belə ki, 2010-cu ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı bina tikintisinə başlanıldı və 156 mənzilli binanın tikintisi üçün dövlət büdcəsindən 5 milyon manat vəsait ayrıldı. Bu gün isə o əlamətdar anın yəni, jurnalistlərə dövlət başçısı İlham Əliyev tərəfindən yeni mənzillərin təqdim olunma mərasimi keçirildi". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov deyib,
S.Orucovun sözlərinə görə, dünyanın heç bir dövlətində belə təcrübəyə rast gəlinməyib: "Dövlət başçısı jurnalistlərin əməyini yüksək qiymətləndirərək, onlara ikinci həyat bəxş etdi. Ən maraqlısı isə odur ki, burada tək iqtidaryönümlü mətbuata deyil, eləcə də Azərbaycan dövlətini hər zaman tənqid atəşinə tutan müxalifyönümlü mətbuata da pay düşdü. Bu bir daha onu göstərir ki, Azərbaycanda siyasi plüralizm var və mətbuat azadlığı yüksək həddədir. Düşünürəm ki, ölkədə olan jurnalistlər obyektiv olmalı və cənab Prezident İlham Əliyevin göstərmiş olduğu etimada daha adekvat davranmalıdırlar. Onlar jurnalistikanın yeniliklərini qəbul edərək, yeni bir institutun fornalaşması üçün əllərindən gələni etməlidirlər".
YAP GB-nin sədri təəssüflə vurğulayıb ki, Avropa Birliyi, Avropa Şurası, bütün müxalifət düşərgəsi və digər qurumlar bu əlamətdar hadisə ilə bağlı heç bir açıqlama verməyiblər və ölkə rəhbərinə təşəkkür etməyiblər: "Çünki, onların işi-gücü ancaq ağa-qara demək olub. Bütün jurnalistikada çalışan insanların peşə bayramlarını bir daha səmimi qəlbdən təbrik edirəm. Onlar hər zaman bizimlə birlikdə olublar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB