Avqust ayının 6-da Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev Şəmkir rayonunun Dəllər qəsəbəsində vətəndaşları qəbul edəcək. SİA-nın məlumatına görə, Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşən Şəmkir Sərhəd Dəstəsində saat 11:00-da keçiriləcək qəbulda Şəmkir, Qazax, Ağstafa və Samux rayon sakinləri iştirak edə bilərlər.
Qəbulda iştirak etmək istəyənlər onları maraqlandıran sualları avqust ayının 4-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirə, yaxud qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlaya, Şəmkir Sərhəd Dəstəsinə müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB