Prezident jurnalistlərə yeni mənzillərin açarlarını təqdim etdi

Prezident jurnalistlərə yeni mənzillərin açarlarını təqdim etdi

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasının 138-ci ildönümüdür. SİA-nın məlumatına görə, məhz bununla əlaqədar bu gün Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün inşa olunmuş yaşayış binasındakı mənzillərin açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Qeyd edək ki, 2010-cu ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı bina tikintisinə başlanılıb. 156 mənzilli binanın tikintisi üçün dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə