XİN başçılarının görüş vaxtı məlum oldu

XİN başçılarının görüş vaxtı məlum oldu

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov fransalı həmkarı Loran Fabiusla görüşəcək. SİA-nın xəbərinə görə, bu barədə xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdulayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, xarici işlər nazirləri iyulun 23-də Fransanın paytaxtı Parisdə bir araya gələcəklər: "Xarici işlər nazirləri, Dağlıq Qarabağ münaqişəsinin həlli və münasibətlərinin perspektivlərini müzakirə edəcəklər".

E.Abdullayev qeyd edib ki, E.Məmmədyarovun səfəri işgüzar xarakter daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə