İlham Əliyev Xaçmaz rayonuna səfərə gəlib

İlham Əliyev Xaçmaz rayonuna səfərə gəlib

Prezident İlham Əliyev respublikamızın şimal bölgəsinə səfəri çərçivəsində Xaçmaz rayonuna gəlib. SİA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev məlumat verib ki, Heydər Əliyev Parkı son illər sakinlərin istirahət üçün ən çox üz tutduqları məkanlardan birinə çevrilib. Burada rayon sakinləri, eləcə də qonaqların istirahətini mənalı təşkil etmək üçün hər cür şərait vardır.

Bütün xəbərlər Facebook səhifəmizdə