"Gələcəyin Liderləri" "Yay məktəbi"nin III Oğuz turuna yekun vurulub

"Gələcəyin Liderləri" "Yay məktəbi"nin III Oğuz turuna yekun vurulub

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gələcəyin Liderləri" "Yay məktəbi"nin III Oğuz turuna yekun vurulub. SİA-nın xəbərinə görə, təşkil edilən möhtəşəm gecədə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev və turun gənc siyasətçiləri iştirak edib.

Tədbirdə çıxış edən Bəhruz Quliyev bildirib ki, YAP Gənclər Birliyinin təşkil etdiyi layihələr hər zaman gənclər tərəfindən dəstəklənir, gənc siyasətçilərin intellektual inkişafının, savadlılığının artırılmasında böyük rol oynayır. Turda fəal iştirak etdiklərinə görə, gənclərə təşəkkürünü bildirən baş redaktor qeyd edib ki, hakim partiyanın gənclərə qarşı olan diqqəti də məhz gənclər tərəfindən yüksək intellektual səviyyəyə malik olmaqla, cəmiyyətin formalaşmasında fəal iştirak etmələri ilə qiymətləndirilir.

Ramil Mirzəyev isə çıxış edərək deyib ki, hər bir şəxs ölkəsində bu cür gənc siyasətçilərin olması ilə fəxr etməli, onların aktivliyindən nümunə götürməlidir. YAP GB-nin gənclər üçün təşkil etdiyi layihələrin önəmliliyini vurğulayan partiya rəsmisi turda iştirak edən gənclərə uğurlar arzulayıb.

Daha sonra gənclər və münsiflər heyətinin qərarına əsasən turun ən fəal gənclərinin adları açıqlanıb. Təşkil edilən layihələrdə, siyasi diskusiyalarda, idman yarışlarında iştirak edən 40-dan çox fəal gəncə fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.

Bağlanış mərasimi əyləncəli şou proqramla davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə