Konqresmen Lyuk Messer: "ABŞ-la Azərbaycan arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir"

Konqresmen Lyuk Messer: "ABŞ-la Azərbaycan arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir"

İyulun 17-də Milli Məclisin deputatları Səməd Seyidov və Asim Mollazadə ABŞ-ın İndiana ştatından olan konqresmen Lyuk Messer ilə görüşüblər. SİA-nın məlumatına görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Konqresmen L.Messer ABŞ və Azərbaycan arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişafından məmnunluğunu bildirib, bu kimi qarşılıqlı səfərlərin münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə əmin olduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə