Əhməd Davudoğlu: “Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü kimi münaqişənin həllində aktiv rol oynaya bilmir”

Əhməd Davudoğlu: “Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü kimi münaqişənin həllində aktiv rol oynaya bilmir”

"Türkiyə ATƏT-in Minsk qrupuna üzv olsa da, digər üzvlər kimi münaqişənin həlli prosesində aktiv rol oynaya bilmir". SİA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi mətbuat konfransında deyib.

Ə.Davudoğlunun sözlərinə görə, Türkiyə Minsk qrupuna üzv dövlət kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün lazımı dəstəyi verməyə hazırdır: "Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu həmsədrləri məşğuldur. Həmsədrlər münaqişənin həlli istiqamətində lazımı addımları atmalıdır. Türkiyə olaraq bu addımlara hər zaman dəstək verməyə hazırıq. Ümid edirəm ki, münaqişə tez bir zamanda, Azərbaycan ərazi bütövlüyü çərçivəsində həll olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə