Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gələcəyin Liderləri" "Yay məktəbi"nin III Oğuz turunun üçüncü gününü ikinci yarısında gənc siyasətçilər hazırladıqları layihələrin təqdimatını keçiriblər. SİA-nın xəbərinə görə, "Birlik" komandası "Respublikada mədə və onikibarmaq bağırsaq xora xəstəliyinin yayılması və onun qarşısının alınması" layihəsini, "Komanda – 2" komandası "Sərhədyanı regionlarda gənclərin məşğulluq problemlərinin araşdırılması və təkliflərin hazırlanması (Quba-Xaçmaz iqtisadi rayonu üzrə)" layihəsini, "Eldorado" komandası "Ekoloji layihə çempionatı" layihəsini, "Cəmiyyət" komandası "Məhbusların cəzaçəkmə müəssisəsindən azadlığa çıxdıqdan sonra cəmiyyətə adaptasiyası və inteqrasiyası" layihəsini, "AFAY" komandası isə "Mühəndis həyatı" layihəsini təqdim edib.
Qalib komandalar isə münsiflərin qərarı ilə müəyyənləşib. Belə ki, I yerə "Cəmiyyət" komandası, II yerə "Eldorado" komandası, III yerə isə "AFAY" komandası layiq görülüb.
Həmçinin 7 gənc siyasətçi arasında keçirilən stolüstü tenis yarışmasında Sabirabad rayon YAP təşkilatının üzvü Taleh Kərimov qalib olub.
Qeyd edək ki, günün sonunda Oğuz gənclərindən ibarət futbol komandası ilə "Yay məktəbi"nin iştirakçıları arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB