"Gələcəyin Liderləri” "Yay məktəbi"nin III Oğuz turunun ikinci gününə yekun vurulub

"Gələcəyin Liderləri” "Yay məktəbi"nin III Oğuz turunun ikinci gününə yekun vurulub

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gələcəyin Liderləri" "Yay məktəbi"nin III Oğuz turunun ikinci gününə yekun vurulub. SİA-nın xəbərinə görə, günün ikinci yarısında gənclər Azərbaycanın sosial və iqtisadi vəziyyəti barədə debat aparıb, idman yarışları keçiriblər.

Günün sonunda isə layihənin iştirakçıları ikinci günün qalib komandasını müəyyən edib. Münsiflər heyətinin yekun qərarına əsasən, günün ən güclüsü "Komanda - 2" komandası olub.

Gənclər üçün təcrübə və bilik mənbəyi olan "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi" III Oğuz turunun iştirakçıları təlim gününü əylənərək başa vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə