“Jurnalistlərin mənzillə təmin olunması böyük hadisədir”

“Jurnalistlərin mənzillə təmin olunması böyük hadisədir”

"Jurnalistlərin mənzillə təmin olunması böyük hadisədir". Bunu SİA-ya açıqlamasında "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev deyib.

Onun sözlərinə görə, jurnalistikanın ən əsas problemlərdən biri jurnalistlərin maddi vəziyyəti ilə bağlı idi: "Bu məsələ get-gedə öz həllini tapır. Hər il jurnalistlərlə bağlı yazı müsabiqələri keçirilir. Xüsusən bu il Heydər Əliyevin yubileyi ilə bağlı keçirilən çoxsaylı müsabiqələrdə jurnalistlər xeyli mükafatlar aldılar. Bunun özü maddi prolemin həllində mühüm rol oynadı".

Jurnalistlərin mənzillə təminatını yüksək qiymətləndirən baş redaktor, kadrlar məsələsindən narazılığını ifadə edib: "Bu çox böyük hadisədir və dövlətimizin jurnalistlərə böyük hədiyyəsidir. Bu kimi addımlar hər keçən il daha da çoxalır. Bu da göstərir ki, jurnalistlərin maddiyatla bağlı probleminin həlli istiqamətində dövlət tərəfindən önəmli tədbirlər həyata keçirilir. Lakin bununla yanaşı, qeyd etməliyəm ki, kadrlar məsələsindən narazıyam. Çalışmaq lazımdır ki, jurnalist kadrların keyfiyyəti artsın. Hər il ötən illərə nisbətən keyfiyyət dəyişikliyi, uğur, inkişaf olur. Bu sahədə geriyə yox, irəliyə gedirik. Qəzetlərin maddi-texniki bazası möhkəmlənir. Jurnalistlərin maddi vəziyyəti düzəlir. Arzu edərdim ki, jurnalistlərin hamısı gələcəkdə mənzillə təmin olunsun".

Cavid Əkbərov

Bütün xəbərlər Facebook səhifəmizdə