Jalə Əliyeva: “Hər bir siyasi lider inamı, güvəni ilk növbədə xalqından almalıdır” AÇIQLAMA

Jalə Əliyeva: “Hər bir siyasi lider inamı, güvəni ilk növbədə xalqından almalıdır” AÇIQLAMA

"Son dövrlərdə özünü milli maraqların müdafiəçisi adlandıran və hər zaman özünü gözə soxmağa çalışan "Milli Şura" rəhbərliyinin Azərbaycan cəmiyyətindən dəstək almaq əvəzinə mütəmadi olaraq xaricə üz tutması çox pis haldır. Hesab edirəm ki, hər bir siyasi lider inamı, güvəni ilk növbədə öz xalqından almalıdır. Çünki, onun əsas seçici qüvvəsi öz ölkəsidir". Bunu SİA-ya millət vəkili Jalə Əliyeva "Milli Şura" daxilində baş verən proseslərə və onun üzvlərinin seçkilər öncəsi xaricə üz tutaraq öz havadarlarından kömək ummasına münasibət bildirərkən deyib.

Parlament üzvünün sözlərinə görə, əgər bu insanlar xalqın dəstəyini düzgün dəyərləndirmiş olsaydılar, Azərbaycana qarşı ikili standartlar yürüdərək, ölkəmizdən siyasi dividentlər qazanmağa çalışmazdılar: "Hesab edirəm ki, istər "Milli Şura"da, istərsə də seçkilərdə iştirak edib qalib gəlmək xülyasına qapılan hər bir fiqur, öz şəxsi ambisiyalarını güddüyünə görə bu addımların atılması gözlənilən idi. Düşünürəm ki, biz hələ seçkilərə yaxın müxalifət cəbhəsindən yeni-yeni sürprizlərlə qarşılaşa bilərik. Bir sözlə, Rüstəm İbrahimbəyov kimi insanların hələ də öz aralarında hakimiyyəti bölüşə bilməməsi onları heç vaxt bir araya gətirməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə