“Yay Məktəbi”ndə “Gənclərin seçki hazırlığı – seçki prosesi” mövzusunda təlim keçirilib
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gələcəyin Liderləri" "Yay məktəbi"nin III Oğuz turunun ikinci günündə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevin rəhbərliyi ilə "Gənclərin seçki hazırlığı – seçki prosesi" mövzusunda təlim keçirilib. SİA-nın xəbərinə görə, seçkilərin bütün partiyaların gücünü nümayiş etdirdiyini deyən Bəhruz Quliyev bildirib ki, hər bir partiya kimi Yeni Azərbaycan Partiyası da seçki ilinin təbliğat və təşviqat dövründə sosial gücünü ortaya qoyaraq öz namizədini dəstəkləyir: "İlk yarandığı dövrdə Yeni Azərbaycan Partiyasının müxalif mövqedən çıxış etməsinə baxmayaraq xalqın ona olan inamı və sevgisi nəticəsində artıq 20 ildir ki, partiya iqtidar mövqeyindən çıxış edir. 1990-cı illərdə və daha sonrakı dövrdə hakim partiya sosial gücünü, avanqardlığını yüksək səviyyədə nümayiş etdirərək xalq tərəfindən namizədinin prezident seçilməsinə nail olub. Azərbaycan qanunvericiliyində qeyd olunduğu kimi, hakimiyyətin mənbəyi xalqdır və xalq öz lideri kimi cənab Prezident İlham Əliyevi görürsə, bunu dəyişdirmək qeyri-mümkündür".
Baş redaktor onu da bildirib ki, 1990-ci illərin əvvəllərində Azərbaycanda demokratiya kəlməsi zorakılıq, xaos anlamını verirdisə, Ümummili Liderin hakimiyyətə gəlməsi ilə bu söz əsl anlamını əks etdirdi: "Azərbaycan xalqının azad və müstəqil yaşaması Ulu Öndər Heydər Əliyevin siyasi kursunun əsasını təşkil edib. Bu siyasi kursu cənab Prezident İlham Əliyevin davam etdirməsi isə namizədlikdə ona alternativin olmamasına sübutdur".
Gənc siaysətçilər isə bidiriblər ki, gələcəkdə də Azərbaycanın daxili və xarici müstəqilliyinin qorunub saxlanılması məhz prezident İlham Əliyevin hakimiyyətdə qalmasından asılıdır: "Prezidentliyə namizədliyini verən hər bir şəxs xarici qüvvələrin deyil, xalqının gücünə inanmalı, onun etimadını doğrultmalıdır. Bu xüsusiyyətlərin hər biri məhz ölkə başçısı İlham Əliyevdə cəmləşib. Prezident kimi fəaliyyət göstərdiyi 10 il ərzində ölkənin bütün sahələrinin inkişafına diqqət yetirən, vətəndaşlarının rifahının yüksəldilməsinə qayğı ilə yanaşan İlham Əliyev Azərbaycan xalqının rəğbətini qazanıb".
Daha sonra təlim iştirakçıların diskussiyası əsasında yekunlaşıb.
Qeyd edək ki, günün davamında gənc siyasətçilər "Seçkidə" praktik oyununu oynayacaq, idman yarışlarında iştirak edəcəklər. Günün sonunda isə layihə iştirakçıları qalib komandanı müəyyən edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB