Avstriyanın paytaxtı Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib. SİA xəbər verir ki, ötən gün baş tutan görüşdə nazirlər öncə təkbətək, sonra ATƏT-in Minsk Qrupun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Yan Kelli (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə görüşüblər.
Məlumata əsasən, görüşdə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli yolları müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB