XİN-dən İrəvana sərt cavab MÜNASİBƏT

XİN-dən İrəvana sərt cavab MÜNASİBƏT

"Ölkə rəsmisinin əsasız və absurd xülyaları, bu kimi iddialarla çıxış etməsi Ermənistanı qeyri-ciddi ölkə vəziyyətinə salır". Bunu SİA-ya açıqlamasında Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Ermənistanın baş prokuroru Aqvan Ovsepyanın iyulun 5-də İrəvanda qondarma "erməni soyqırımı"na həsr olunan konfransdakı çıxışı zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Ermənistan bu cür addımlar atmaqla öz gələcəyinə böyük zərbə vurur: "Bu düşüncə ilə Ermənistan beynəlxalq ictimaiyyətdə qeyri-ciddi ölkə kimi tanınır, o bu cür addımlar atmaqla özünü regiondan təchiz edir. Ermənistanın ən böyük problemi başqa dövlətlərin torpaqlarında məskunlaşaraq qonşu ölkələrə qarşı ərazi iddiasında olmasıdır. Bu gün onun formalaşdığı ərazilər Azərbaycan torpaqlarıdır və Ermənistan ilk olaraq bu barədə düşünməlidir. Əks təqdirdə, bir çox sahələrdə, eyni zamanda demoqrafik baxımdan ağır vəziyyətdə olan Ermənistanın vəziyyəti daha da ağırlaşacaq".

Qeyd edək ki, Ovsepyan iyulun 5-də İrəvanda qondarma "erməni soyqırımı"na həsr olunan konfransda çıxışı zamanı deyib ki, Türkiyə və Azərbaycanla mövcud olan ərazi mübahisəsinin həlli üçün Ermənistan hüquqi iddialar hazırlayaraq BMT-nin beynəlxalq məhkəməsinə təqdim etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə