XİN sözçüsü: "Aureliya Qriqoriuya öz səlahiyyətindən kənara çıxmayıb"

"Ombudsmanın yanaşması Moldova Parlamentinin Xarici əlaqələr komitəsində müzakirə olunub”
XİN sözçüsü: "Aureliya Qriqoriuya öz səlahiyyətindən kənara çıxmayıb"

"Moldova tərəfinin bizə verdiyi məlumata əsasən bu məsələ Moldova Parlamentindən çıxarılmayacaq. Hesab edirəm ki, moldovalı ombudsman Aureliya Qriqoriuya öz fəaliyyətindən kənara çıxmayıb". SİA-nın məlumatına görə, bu barədə bu gün jurnalistlərə açıqlamasında Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev moldovalı ombudsman Aureliya Qriqoriuyanın Azərbaycan reallıqlarının Ermənistan parlamentindən dünya ictimaiyyətinin diqqətinə çatdırmasına və ona qarşı işğalçı ölkə tərəfindən təhdidlərə, təzyiqlərə münasibət bildirərkən deyib.

Elman Abdullayev sözlərinə görə, moldovalı ombudsmanın yanaşması Moldova Parlamentinin Xarici əlaqələr komitəsində müzakirə olunub: "Əgər biz insan hüquqlarından danışırıqsa, regionda insanların hüquqlarının ən kobud şəkildə pozuntusu azərbaycanlı qaçqın və məcburi köçkünlərə qarşı edilən ədalətsizlik idi. Bir milyondan artıq insanın öz tarixi torpaqlarından 20 ildən artıq müddətdə ayrı qalması və öz doğma yurd-yuvalarına qayıda bilməməsi Azərbaycan xalqına qarşı ən böyük sayqısızlıqdır. Moldovalı ombudsman yalnız bu insanların hüquqlarını müdafiə etməyə cəh etdi. Lakin, Ermənistan tərəfi yenə də öz həqiqi sifətini göstərdi. Rəsmi İrəvanın atdığı bu addımlar bir daha onu göstərdi ki, adı çəkilən dövlət həqiqətlərin dünya ictimaiyyətinə yayılmasından və çatdırılamasından qorxur. Amma buna baxmayaraq, Azərbaycan tərəfi əlindən gələni edəcək ki, bu həqiqətlər dünya ictimaiyyətinə çatdırılsın və ölkəmizin haqq-ədalət mövqeyini qoruyan insanlara qarşı ədalətsizliklər bir daha olmasın".

Bütün xəbərlər Facebook səhifəmizdə