Aydın Quliyev: “MŞ tarixi missiyanın yeni mərhələsində də uğurlar qazanacaq” MÜNASİBƏT
"Azərbaycan Jurnalistlərinin VI Qurultayı həqiqətən də tarixi bir hadisədir. Artıq Azərbaycan mətbuatı bir struktura çevrilib və onun möhkəm bərqərar olunmuş prinsipləri mövcuddur. Bu qurultay Mətbuat Şurasının qarşısında yeni tarixi missiya müəyyənləşdirdi". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktorun sözlərinə görə, əgər indiyədək Azərbaycan Mətbuat Şurası ölkə mətbuatını cəmiyyətdə olan şikayətlərin qarşısında müdafiə edirdisə, eləcə də məmurların haqlı-haqsız şikayətlərindən jurnalistlərə etimad göstərirdisə, hesab edirəm ki, bu gün artıq Azərbaycan mətbuatının, jurnalistlərin dövlətimizin timsalında çox böyük müdafiəçisi və himayəçisi var. Düşünürəm ki, Mətbuat Şurası tarixi missiyanın yeni mərhələsində də çox böyük uğurlar əldə edəcək. Artıq ölkə mətbuatı inkişafa meylli mərhələdədir. 7-8 il bundan əvvəlki mətbuatın vəziyyətini bugünkü mətbuatın vəziyyəti ilə heç cür müqayisə etmək olmaz. Azərbaycan mətbuatı həm maddi, həm də peşəkarlıq baxımından günü-gündən inkişaf edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB