Rəşad Məcid: “Düşünürəm ki, bu məsələlərlə Mətbuat Şurası məşğul olmalıdır” AÇIQLAMA
"Jurnalistikaya Azərbaycan hökuməti tərəfindən böyük diqqət göstərilir". Bunu SİA-ya Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid iyulun 22-də Azərbaycanda qeyd olunacaq Mətbuat günü münasibətilə ölkə mediasının inkişafından danışarkən deyib.
Rəşad Məcidin sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə ölkə jurnalistlərinə yeni mənzillərin verilməsi dövlətimiz tərəfindən jurnalistlərə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Mətbuatda mövcud olan problemlərə gəlincə, baş redaktor sözlərinə əlavə edib ki, jurnalistikada problemlər hər zaman mövcud olub: "Belə ki, zaman ötdükcə yeni şəraitə uyğunlaşmaq halları mövcud olur. Artıq Azərbaycanda İnternet media sistemi İnformasiya texnologiyaları sahəsində inkişaf etməyə başlayıb. Bu da özü ilə birlikdə yeni problemlərin yaranmasına gətirib çıxarır. Hesab edirəm ki, yaxın illərdə mediamızın bu məsələlərdə bir qədər çətinliyi olacaq. Çünki, burada özünü tənzimləmək məsələləri aydın görünmür. Düşünürəm ki, bu məsələlərlə Mətbuat Şurası məşğul olmalıdır. Jurnalistikada ən önəmli məsələlərdən biri mətbuata Dövlət dəstəyi konsepsiyasının qəbul olunması və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaranmasıdır. Bu da mətbuatda xeyli dərəcədə iqtisadi çətinliklərin yaranmasının qarşısını alıb, mətbuatı xilas edib. İnanıram ki, gələcəkdə də Azərbaycan hökumətinin mətbuata diqqəti davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB