"Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Yay Məktəb"ləri layihəsi unikallığı ilə seçilir ". SİA-nın xəbərinə görə, bunu YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Millət vəkili hesab edir ki, bu layihə əvəzolunmazdır və gənclərin inkişafına öz töhfəsini verməkdədir: "Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Yay Məktəb"lərində hər dəfə yüzlərlə gənc iştirak edir. "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi"nin II Oğuz turunda iştirak edən 90-a yaxın gəncə belə unikal proqramdan yaranlanmaq, faydalanmaq imkanı yaradılıb. Burada gənclər təkcə öz istirahətlərini, asudə vaxtlarını keçirmirlər, eyni zamanda fikirlərini, dünya görüşlərini, bilik və bacarıqlarını Azərbaycanın bütün bölgələrindən gəlmiş dostları ilə, həmyaşıdları ilə bölüşürlər. Düşərgədə istər ölkəmiz, istər dünya, istərsə də bölgəmiz üçün aktual, mövzular ətrafında müzakirələr aparılır. Dövlətimizn həyata keçirdiyi daxili və xarici siyasətin ayrı-ayrı istiqamətləri müzakirə olunur. Bu müzakirələrə tanınmış siyasətçilər, elm adamları qatılaraq, gəncləri maraqlandıran suallara cavab verirlər. Əminəm ki, gələcəkdə bu tipli proqramlar partiyamız tərəfindən daha da geniş şəkildə Azərbaycandan kənarda da aparılacaq".
M.İbrahimqızının sözlərinə görə, YAP GB-nin həyata keçirdiyi bu layihə dövlətimizin gənclər siyasətinin tərkib hissəsidir: "Azərbaycanda gənclərin inkişafına yönəlmiş çoxlu sayda proqramlar, startegiyalar mövcuddur. Bu gün "Azərbaycan gəncliyi 2011-2015-ci illər üçün Dövlət Proqramı"nın icrası uğurla davam edir. Bu proqramın tərkib hissəsi olaraq ölkəmizdə mövcud olan gənclər təşkilatları vasitəsi ilə müxtəlif proqramlar həyata keçirilir. Bütün bu proqramların həyata keçirilməsi dövlətimiz tərəfindən dəstəklənir. Bir daha "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi"nin II Oğuz turunda iştirak edən gənclərə uğurlar arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB