Araz Əlizadə: “Rüstəm İbrahimbəyov siyasi lotuların əlində oyuncağa çevrilib” AÇIQLAMA
"Düşünürəm ki, toplananların yerini dəyişəndə cəm dəyişmir. Bu, artıq riyazi sübut olunmuş plandır. Rüstəm İbrahimbəyov siyasətçi deyil". Bunu SİA-ya Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməsi ilə bağlı qabaqcadan verdiyi əsassız ideyalara münasibət bildirərkən deyib.
A.Əlizadənin sözlərinə görə, bu insan siyasi lotuların əlində oyuncağa çevrilib və özü də yavaş-yavaş lotulaşmağa başlayıb: "Gəlin bir anlıq Rəsul Quliyevin hərəkətlərini yadımıza salaq. Bu insan dəfələrlə deyib ki, sabah gəlirəm, birisi gün gəlirəm və s. Hətta bununla əlaqədar nə qədər ADP fəalları tutuldular və döyüldülər. Düşünürəm ki, həmin şəxslərin kimdən xoşu gəlmirsə, onları döydürmək üçün məhz belə üsullara əl atırlar. Rüstəm İbrahimbəyov da özü gözəl bilir ki, onu qeydə almayacaqlar. Ona görə ki, onun ikili vətəndaşlığı var idi. Bu insan qanunda da göstərildiyi kimi, gərək 6 ay əvvəldən Rusiya vətəndaşlığından imtina edərdi. Amma o, bunu etmədi. Hətta ötən gün mətbuatda belə bir fikir səsləndirildi ki, əgər onu qeydə almasalar, "Milli Şura"ya daxil olan partiyalar heç bir namizəd irəli sürməsinlər. Onlar gözəl bilirlər ki, "Milli Şura"ya daxil olan partiya rəhbərlərinin heç bir nüfuzu yoxdur. Hətta bəzi bölgələrimizdə insanların Rüstəm İbrahimbəyovun varlığından belə xəbərləri yoxdu. Həmin insanlar çox gözəl bilirlər ki, bu, məğlubiyyətə aparan yoldur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB