İranla Azərbaycan arasında Anlaşma Memorandumunun imzalanması gözlənilir

İranla Azərbaycan arasında Anlaşma Memorandumunun imzalanması gözlənilir

İran İslam Respublikasının gənclər və idman naziri Mohammad Abbasi Azərbaycana rəsmi səfərə gəlib. SİA-nın xəbərinə görə, səfər çərçivəsində İran nümayəndə heyəti, Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını, ardınca Şəhidlər Xiyabanını ziyarət ediblər.

Mohammad Abbasinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə gənclər və idman naziri Azad Rəhimov arasında keçirilən görüş zamanı 2013-2014-cü illər üçün İcraiyyə Planının hazırlanması, Azərbaycanla İran arasında gənclər və idman sahələrindəki indiki vəziyyət və gələcək perspektivlər müzakirə olunub.

Qeyd edək ki, "İran İslam Respublikası Milli Gənclər Təşkilatı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması gözlənilir.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə