DSX rəisi Elçin Quliyev Əfqanıstanın ordu generalını qəbul edib FOTO

DSX rəisi Elçin Quliyev Əfqanıstanın ordu generalını qəbul edib FOTO

Əfqanıstan İslam Respublikasının Daxili İşlər Naziri, ordu generalı Qulam Mujtaba Patangın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində bu gün Dövlət Sərhəd Xidmətinin rəisi- Sərhəd Qoşunlarının Komandanı, general-leytenant Elçin Quliyev tərəfindən qəbul edilib. DSX-nin Mətbuat Mərkəzindən SİA-ya verilən xəbərə görə, görüşdə Azərbaycanın sərhəd təhlükəsizliyi sistemi, Dövlət Sərhəd Xidmətinin vəzifə və tapşırıqları, dövlət sərhədlərinin mühafizəsinin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər barəsində məlumat verilib, qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Akademiyası və "Sərhədçi" İdman Olimpiya Mərkəzinin fəaliyyəti ilə tanış edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə