Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi"nin üçüncü günündə gənclər "FANDREYZİNQ" təlimində iştirak ediblər. SİA-nın xəbərinə görə, təlim YAP GB-nin Layihələr üzrə kordinatoru Leyla Kərimova tərəfindən həyata keçirilib.
Təlimçi L.Kərimova gənclərə təlimin əhəmiyyətindən danışaraq bildirib ki, əsas məqsəd gənclərin layihələrin yazılmasında bilik və bacarıqlarının artırılmasıdır. Daha sonra təlimçi L.Kərimova layihələrin yazılması, donor təşkilatlarla işləmə qaydası, büdcənin təhlili qaydası və digər mühüm qaydaları izah edib. Təlim bitdikdən sonra "İlhamla İrəli", "Güclü Lider", "Qələbə" komandaları bir saat ərzində layihə hazırlayıblar. Daha sonnra komandalar hazırladıqları layihələrin təqdimatını həyata keçiriblər.
Layihənin təlimçisi L.Kərimova qeyd edib ki, gənclər tərəfindən hazırlanmış, icrası real olan və kreativliyi ilə seçilən layihələr YAP GB tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, gəncləri günün sonunda daha bir maraqlı intellektual oyun gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB