"Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi"ndən SÜRPRİZ

"Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi"ndən SÜRPRİZ

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi"nin maraqlı anları asudə vaxtdan sonra təşkil edilən futbol turniri ilə davam edib. SİA-nın xəbərinə görə, iştirakçılar dörd komandaya bölünərək adıçəkilən oyun növündə qüvvələrini sınayıblar. Maraqlı və gərgin idman mübarizəsi şəraitində davam edən qarşılaşmalarda kədərli və sevincli anlar yaşanıb.

"AFRA" hotelinə geri dönən iştirakçıları YAP GB-nin Layihələr üzrə kordinatoru Leyla Kərimova, Rəhim Davudov və fotoqraf Dadaş Əlizadənin hazırladığı möhtəşəm sürprizlə qarşılaşıblar. Gəncləri gözləyən sürpriz isə layihənin ilk iki gününə həsr olunan video çarx olub. Hazırlanan maraqlı video görüntülər gənclərin böyük sevincinə səbəb olub.

Daha sonra gənclər "Mən Qarabağam" (I am Karabakh) layihəsi çərçivəsində hazırlanan video çarxı seyr ediblər.

Günün son maraqlı anları isə "Gizli Dost" interaktiv oyununda yaşanıb. Oyunun qaydalarına görə ilk olaraq gənclərin gizli dostları müəyyənləşdirilib. Gizli dostlar bir-birləri ilə layihənin sonunda təşkil olunan "Bağlanış Gecəsi"ndə tanış olacaqlar. Gizlilik müddətində gənclər öz gizli dostlarını bir-birindən maraqlı hədiyyələrlə təəccübləndirməlidirlər.

Sonda isə YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı , YAP-ın Mərkəzi Aparatının əməkdaşı Emil Abbaso, YAP GB-nin Layihələr üzrə kordinatoru Leyla Kərimova və bir sıra YAP GB rayon sədrlərinin təmsil olunduğu munsiflər heyəti tərəfindən günün komandası müəyyənləşdirilib. Verilən ballara əsasən "Qələbə" birinci, "İlhamla İrəli" ikinci, "Güclü Lider" komandası isə üçüncü yerə layiq görülüb.

Xatırladaq ki, "Qələbə" komandası iki gün ərzində keçirilən bütün oyunlarda qalib olub.

Gənclər üçün təcrübə və bilik mənbəyi olan "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi" II Oğuz turunun iştirakçıları təlimin ikinci gününü əylənərək başa vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə